Gəncə şəhərində yerləşən parkların birində quruyan ağaclar əhali üçün problem yaradır. Növbəti sujetimizdə əməkdaşlarımız məsələni araşdırıb, izləyək.
Hazırda Gəncə şəhərində yerləşən Nəriman Nərimanov Parkındayıq. Bu park insanların istirahəti, xoş zaman keçirməsi üçün salınmış olsada,təəssüflər olsun ki, təhlükə saçan quruyan ağaclar sakinlərin haqqlı olaraq narazılığına səbəb olur.
MKTİB-nin baş aqronomu ilə söhbətimizdən sonra Gəncə şəhəri 10 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin Ətraf Mühitin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə sektoru ilə əlaqə saxladıq. Telefon zəngimizə isə Sektor müdiri Natiq Bayramov cavab verdi. ((
Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Hər ağac bitkisinin müxtəlif fəsillərdə - yazda, yayda, payızda, qışda - həyat tərzi bir-birindən köklü surətdə fərqlənir. Yayda havanın temperaturu 43 dərəcəyə çatanda bu, ağacların Günəşdən yanmasına, qışda şaxta olanda donmasına gətirib çıxarır. Nəticədə də ağaclar quruyur. Quruyan ağaclar isə vaxtında yenisi ilə əvəz olunsa, heç bir xoşagəlməz hal baş verməz.
Nərgiz Əhmədqızı
- Baxış: 241