KepezTV Player
Ölkəmizdə özəl sektorun inkişafı layihəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Tovuzda əl işlərindən və kiçik istehsaldan ibarət satış sərgisi keçirilib. Nizami Gəncəvi adına Mədəniyyət Evində reallaşan sərgidə Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Naftalan, Daşkəsən, Göygöl, Qazax və Ağstafa rayonlarından olan sahibkar qadınlar öz məhsullarını sərgiləyiblər. Sərgidə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbərliyi, yerli İcra Hakimiyyətinin rəsmiləri, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
- Baxış: 200