• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 28.01.2023 19:59

Evlərin qiymətləri əl yandırır

KepezTV Player

Növbəti sujetimizdə, Gəncədə mənzil bazarındakı vəziyyətdən danışacayıq. Son zamanlar qiymətlərdə artım müşahidə olunur. Rieltorlar və ekspertlər qiymətlər, bunun səbəbləri və nə qədər davam edəcəyi barədə danışıblar.

Gəncədə daşınmaz əmlakın qiymətində ciddi artım bütün kateqoriyadan olan tikililərdə müşahidə edilir. Qiymət 5 min manat civarında bahalaşıb. Digər tərəfdən çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin və fərdi yaşayış evlərinin qiyməti, sahəsi və yerləşdiyi ərazilərə görə dəyişdiyindən qiymətlər də müvafiq olaraq fərqlənir. Reiltor xidməti ilə məşğul olanlar deyir ki, bahalaşma son 15 gündə xüsusilə diqqətə çarpır. Ən çox tələbat isə bina evlərinədir.

Müştərilər xüsusilə köhnə binalardakı mənzillərə maraq göstərirlər. Yeni tikilən çoxmərtəbəlilərdə isə mənzilləri ipoteka şərtləri ilə almağa üstünlük verirlər. Həyət evləri ilə maraqlananlar az da olsa mövcuddur. Onların da qiymətində qismən bahalaşma müşahidə olunur.

Ekspertlər ötən ildən başlanan bahalaşmanın davam edəcəyi qənaətindədir. Çünki buna əsas verən səbəblər var.

Evlər və mənzillərlə yanaşı, torpaq sahələrinin də qiyməti bahalaşıb. Yerindən asılı olaraq, 1 sot torpağın qiyməti 5-20 min manat arasında alıcılara təklif edilir.

Nərgiz Əhmədqızı