KepezTV Player
Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən qadına qarşı quldurluq edilib. Naməlum şəxs marketə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 355