KepezTV Player
Azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 42-ci günündə də qətiyyət nümayiş etdirirlər. Aksiyada etirazçıların əhval-ruhiyyəsi yüksəkdir. Onlar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları üzərində “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekocinayətə son!” kimi cümlələr yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Bu arada, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 48-ə çatıb.
- Baxış: 243