• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 21.01.2023 20:19

Fərqlilik və bərabərlilik - inklüziv siniflər yaradılıb

KepezTV Player

Fərqlilik və bərabərlilik! Bu şüar altında bir-birindən seçilmədən Gəncədə ilk dəfə olaraq peşə məktəbində inkuliziv siniflər yaradılıb. Fiziki qüsurlu uşaqlar burada peşə təhsili kurslarına cəlb edilib dərzilik və komputer operatoru ixtisasları üzrə dərslərdə iştirak edirlər.
Əhməd Həsənovun 30 yaşı var. Onun anadan gəlmə onurğasında problem olduğu üçün demək olar ki, o cəmiyyətdən təcrid olmuşdu və ətrafda heç kimlə ünsiyyət yarada bilmirdi. Valideyinləri onu dekabırın 10-dan  Sənaye Texnalogiyyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində yaradılan dərzi peşə kursuna cəlb edib. Hazırda o da digər fiziki qüsurlu tələbələrlə birlikdə burada dərzi sənətin sirlərini öyrənir. Bunun üçün onlara hər cür şərait yaradılıb.
Bununla paralel peşə məktəbində 18 nəfərlik komputer operatoru kursu da fəaliyyət göstərir. Burada tələbələrə komputerdə işləmək eləcə də infarmasiyya texnalogiyya bacarıqları əyani sürətdə izah edilir.
Peşə məktəbində yaradılan kurslar iki aylıqdır. Bu müddət ərzində onlar peşəyə uyğun qazandıqları biliklərlərlə gələcəkdə öz həyat yolarını müəyyənləşdirəcəklər. Heç kimə ehtiyac duymadan fəaliyyət göstərərək.
Hər iki kursda həftədə 3 dəfə olmaqla istehsalat və nəzəri dərslər keçilir. Tam ödənişsiz olan bu kursları bitirənlərə sertifkatlar veriləcək. Müraciətdən asılı olaraq kurslar davamlı olacaq və gələcəkdə digər ixtisasların da açılması nəzərdə tutulur.

Elnur Vahidoğlu