• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 18.01.2023 20:35

Qərbi Azərbaycana qayıdışla bağlı təkliflər müzakirə edilir

KepezTV Player

Düz 35 ildir ki, dünyanın nizam tərəzisi pozulub, haqq ədaləti yoxdur və bizim hüquqlarımız əlimizdən alınıb. Bunun üçün də tarixi faktlara söykənilərək başımıza gətirilən olmazın müsibətləri bütün dünyaya olduğu kimi təqdim etməliyik. Bu fikirləri qərb regionunda yaşayan bir qrup Qərbi Azərbaycandan olan ziyalı səsləndirib. Çağrışa cavab olaraq tarixi torpaqlara qayıdışla bağlı təkliflər də müzakirə edilir.

Ölkə başçısının Qərbi azərbaycanlılarla görüşü və bu görüşdə tarixi torpaqlara qayıdışla bağlı səsləndirdiyi fikirlər Qərbi Azərbaycandan olan soydaşlarımızın sevincinə səbəb olub. Qərb bğlgəsində məskunlaşan bir qrup Qərbi Azərbaycanlı ziyalı bundan ruhlanaraq Gəncədə bir araya gəliblər. Məqsəd icmaya təkliflər göndərməkdir. Ən əsası 35 il bundan əvvəl ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınların dərindən araşdılması vacib hesab edilir. Arxiv sənədləri açılaraq dünya ictimayyətinə faktlarla müracitlər edilməlidir.

Mayıl Vəliyev Göyçə sakini: BMT-nin İnsan Hüquqları Komissarlığına müraciət edirəm ki, digər qrumlara ki, qoy komissiya təşkil olunsun. Komisya tərəfindən yerində araşdırılsın, tarixi sənədlərlə kimin kim olduğu ortaya qoyulsun. Bu çox ədalətli qərar olardı. Biz də öz doğma yurd-yuvamıza qayıda bilək. Bizim bir insan kimi haqqımız varsa bizim də haqlarımız başqaları kimi dünya xalqlarının qarşısında tanınsın. Bizim təkliflər bir neçə xarici dillərdə canlandırılsın, tərcümə olunsun deyilsin. İnstitutlarımız bununla bağlı hərətəkətə keçsin.

Tarixən öz saxtakarlığı ilə bizim dədə-baba yurdlarımızı, torpaqlarımızı özününküləşdirmək istəyən ermənilərin bizim sayılan torpaqlarda kök salması da müzakirlər sırasındadır. Tarixi yerlər, eləcə də el sənətkarları haqqında məlumatlar da yenidən işlənməlidir.

Razim Hacıyev  Göyçə sakini: Bu qayıdışı genişləndirmək lazımdır. Həm televiziya ekranlarında, həm mətbuatda, həm internetdə geniş şəkildə vermək lazımdır ki, artıq biz qayıdışa doğru meyilliyik. Biz qayıtmaq istəyirik. Bunu deyib biz həm də düşəmənlərimizə xatırlatmalıyıq ki, biz köhnə yurdumuza, itirilmiş torpaqlarımıza gəlirik. Kəndlərimizin hamısının adları dəyişdirilib. Nərimanlı kəndi Şadvan qoyulub. Bütün kəndlər dəyişdirilib, erməniləşdirilib. Məscidlərimiz, qəbirstanlıqlarımız dağıdılıb. Ona görə kitablar nəşr olunmalıdır ki, köhnə adlarla kəndlər, obalar verilməlidir ki, keçmişdə bu olub. Prezident bizi dəstəklədikdən sonra qayıdışı harayladıqdan sonra biz inanırıq ki, yurda qayıdacağıq.

Xaliqverdi Hacıyev  Göyçə sakini: Təklifim ondan ibarətdir ki, Qərbi Azərbaycanın böyük çox hörmətli şairləri, yazıçıları, aşıqları, sənətkarları var. Onlar haqqında veriliş verilsin, kitabları nəşr olunsun. Həm öz dilimizdə, həm də xarici dillərdə nəşr olsun ki, bütün dünya bilsin ki, Qərbi Azərbaycandan belə bir qabacıl insanları, şairləri, yazıçıları var. Bütün dünyaya yaymaq lazımdır ki, Qərbi Azərbaycan var, olub və bunların böyük sənətkarları var.

Ziyalıların müzakirə etdiyi təkliflərin ümumiləşdirilərək və təkmilləşdirilərək müraciət formasında təqdim edilməsi qərara alınıb.

Elnur Vahidoğlu