KepezTV Player
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya layihəsi üzərində işini davam etdirir. İcmadan bildirilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olub. Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, Qayıdış Konsepsiyasının layihəsinə dair təkliflərini təqdim etməyə çağırır.
- Baxış: 456