Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 34 gündür davam edir. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Bu arada, Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 4 minik və 1 yük avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Yoldan Rusiya sülhməramlılarına məxsus daha 1 minik, 5 təminat və təchizat avtomobili də keçib. Bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.
- Baxış: 260