Bu qalmaqallı səs yazısı Naftalan şəhər İmadəddin Nəsimi adına 1 saylı məktəbin 8-ci sinfinin rəhbəri Vəfa Hüseynovaya məxsus olub. Onun sosial şəbəkə vasitəsilə qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərin yazılması üçün pul tələb etməsi heç də yaxşı qarşılanmayıb. Məktəbin şagirdləri də pul yığılmasını təsdiqləsələr də, bunun ötən il baş verdiyi deyiblər. Məktəbdən isə səslənən iddia təkzib edilib və anbarda summativ qiymətlər üçün kağız ehtiyatının olduğunu deyiblər.
Bura Naftalan şəhər 1 nömrəli tam orta məktəbin anbarıdı. 4 otaqdan ibarət olan anbarda məktəb rəhbərliyinin bildirdiyinə görə, həm də görünütülərdən də göründüyü kimi kifayət qədər a 4 kağız ehtiyatı var. Bu da onu deməyə əsas verir ki, səslənən iddialar doğru deyil və summativ qiymətlər üçün məktəbdə kifayət qədər kağız ehtiyatı mövcuddur. Goranboy-Naftalan təhsil sektorundan neqativ halın reallığı əks etdirmədiyi bildirilib.
Hər halda nə vaxt baş verməsindən asılı olmayaraq şagirdlərdən pul yığımı müsbət bir şey deyil. Bu kimi halların digər məktəblərdə də müşahidə edilib-edilmədiyini zaman göstərəcək.
- Baxış: 452