5 günlük istirahətdən sonra işə adaptasiya insanlarda çətinlik yaradır. Daha çox psixoloji uyğunlaşmadan keçən bu hal, laqeydlik, tez yorğunluq, neqativlik hissi formalaşdırsa da reallıqdan qaçmaq olmur. İstirahətə son, işə davam.
5 gündən sonra, bu gün 2023-cü ilin ilk iş günüdür. Amma yuxudan durmaq, işə gəlmək, işləmək bir sözlə işə adaptasiya əməlli başlı çətinləşib. Bəs yaxşı, bu çətinloiyin qarşısını necə almalıyıq? Ümumiyyətlə bu niyə yaranır?
Bayram günlərində mümkün qədər dincəlməyə, əylənməyə çalışırıq. İstirahətdən sonra isə, işə adaptasiya olmaq bir o qədər də çətindir. Psixoloqların fikrincə işə uyğunlaşmaq insanların istirahətindən birbaşa asılır.
Mütəxəssislər deyirlər ki, istirahətdən sonra, işə çox yüklənməməli, İş saatına diqqət edilməlidir. Balanslaşdırılmış qida da, əhvalı yüksək tutmağa və işə adaptasiyaya kömək edən amillərdəndir.
Nərgiz Əhmədqızı
- Baxış: 307