KepezTV Player
Naftalan tullantı sutəmizləyici qurğusu istismara verilib. Sağlamlıq turizmi ilə məşhur olan bu şəhərdə quraşdırılan müasir tipli bioloji tullantı sutəmizləyici qurğu ətraf mühitin mühafizəsində böyük rol oynayacaq. Ümumi məhsuldarlığı sutkada 6 min kubmetr olan qurğunun emal gücü ilkin mərhələdə 3 min kubmetrdir. Artıq 20-dən çox şəhərdə belə qurğular istismara verilib.
- Baxış: 304