KepezTV Player
Qış fasiləsi üçün istirahətə buraxılan "Kəpəz" məşqləri gələn ilin ilk günlərində bərpa edəcək. Hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi doğma şəhərdə məşq edəcəklər. “Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.
- Baxış: 539