KepezTV Player
Gəncə Daşkəsən Regional Təhsil idarəsinin əhatə etdiyi şəhər və rayonları məktəblərində təhsil alan 150-ə yaxın şəhid və qazi övladı üçün 31 Dekabr Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Gəncə Dövlət Filarmoniyyasında baş tutan tədbirdə Həmrəylik Gününün Azərbaycan millətinin birliyinin simvolu olduğu vurğulanıb. İkinci Qarabağ müharibəsində qazanılan zəfərin məhz bu birliyin bariz nümunəsi olaraq dəyərləndirilib. Bayram tədbirində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin əhəmiyyətindən danışılıb. Tədbirdə şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim edilib.
- Baxış: 274