Baramaçılığın inkişafında yem bazası mühüm əhəmiyyət kəsb edir. Bunun üçün də çəkil tinglərinin olması vacibdir. Samuxda da kümçülərin barama yemlənməsi üçün qarşılaşdıqları bu problemlərin həllinə başlanılıb. İlk dəfə olaraq rayon ərazisində yeni çəkil tinglərinin sahəsi salınır. Samux rayon Seyidlər kənd sakini 53 yaşlı Teyyub Ələkbərov barama bəslənməsini babası Həsən kişidən öyrənib. Bu sahənin sirlərini dəqiq bilən kümçü bu il barama saxlamaq üçün dövlət tərəfindən hər qutuda 19 qram olmaqla 2 qutu ipəkqurdu qrenası alıb. May ayından isə bunun bəslənməsinə başlayıb və 45 gündən sonra ona verilən normadan çox məhsul verib. Ancaq baramanın yetişdirilməsi üçün rayonda çəkil tingliyinin olmaması onun işini çətinə salıb.
Teyyub Ələkbərov - kümçü: Tut yarpaqlarını qonşu kənddən öz kəndimizdən gətiririk. Olsa lap yaxşı olar. Azdığına görə zəif məhsul olur. Tut yarpağı olsa bundan da üstün olar. Normam 80 kq idi mən 112 kq verdim. Tut yarpağı olsa çox verə bilərəm. Biz də istəyirik ki, işimiz olsun, məhsul olsun.
Artıq Samuxun 6 kəndində barama bəsləyən 10-a yaxın küçmçülürin üzləşdiyi yem probleminin həllinə başlanılıb. Rayon ərazisində yeni sahələrdə ting bağlar salınır. Bura Seyidlər kəndində çəkil ağaclarının əkilməsi üçün xüsusi ayrılan yerdi. Burada təxminən 1000 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Bu da baramaçılığın inkişafı, yem bazası üçün böyük əhəmiyyət kəsb edir.
Əjdər İmanov - aksiya iştirakçısı: Bu gün biz çəkil tingləri əkirik. Barama saxlamaq üçün əsas çəkilin yarpağıdır. Aksiyada da iştirak edirik. Burada işləyib qazanırıq bu da kəndçi üçün gəlirli sahədir.
1 ha-a yaxın ərazidə aqrotexniki qaydada əkin aparılıb. Ara məsafəsi 2 metr olmaqla 5 min tingin əkilməsi nəzərdə tutulur.
Qalib Əhmədzadə - Samux DAİM-in Heyvandarlıq sektorunun müdiri: Gələcəkdə də artıq kümçülərin müraciəti artır. 55 qutu 60-65 qutuya qalxa bilər. Çünki hələ tinglərimiz yeni əklib və bunlar böyüdükcə baramaçılığın inkişafı sürətlənəcək. Bizdə Samux DAİM olaraq kümçülərə diqqətimizi göstəririk. Onlara baramanın alınmasında, subsidiyyaların verilməsində köməkçilik edirik.
Samuxda kümçülərə 2022-ci ildə dövlət tərəfindən 55 qutu ipəkqurdu qrenası verilib. Bu da kəndlər üzrə bölünərək paylanılıb. Ümumilikdə isə 2430 kq yaş barama təhvil götürülərək kiloqramı 11 manatdan dövlətə təhvil verilib.
Elnur Vahidoğlu
- Baxış: 273