• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 23.12.2022 12:14

Masallıda baş verən yol qəzasında ana və azyaşlı oğlu ölüb

KepezTV Player

Masallı rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası olub. Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Astara rayon sakini R.Nəsirovun idarə etdiyi "KamAZ" və Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər minik maşınındakı sərnişinlər - Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur. Xəsarət alanlar isə "KİA"nın sürücüsü, Şəhriyar Fərəcov, onun övladları - 2014-cü il təvəllüdlü Məryəm Fərəczadə, 2012-ci il təvəllüdlü Ruhiyyə Fərəczadə və 2016-cı il təvəllüdlü Əsnad Fərəczadədir. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.