Suraxanı Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib. Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib. Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mersedes” markalı başqa maşına vuraraq qəza törədib. Sürücü nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyini deyib. Təyin olunan ekspertizanın nəticəsində onun bu əməli sübuta yetirilib. Əsgərlinin avtomobilin dövlət nömrə nişanını dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuiliqanlıq hərəkətləri etdiyi də müəyyənləşib. Barəsində protokol tərtib olunan Fuad Əsgərlinin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
- Baxış: 549