Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edilib. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Təcili Tibbi Yardım Stansiyasına Gəncə şəhərinin Aydınbəyov küçəsində yerləşən evlərdən birindən çağırış daxil olub. Ünvana yollanan tibb işçiləri orada xoşagəlməz halla qarşılaşıblar. Şəhər sakini, Orxan Mustafayev nənəsinə tibbi yardım üçün gələnlərlə mübahisə edərək onlardan həkim-feldşer Elmir Seyidova xəsarət yetirib.
Hirsi soymayan Orxan Mustafayev daha sonra stansiyanın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salıb, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə qeydiyyatçı işləyən Aygün Əsədovanı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.
Saxlanılan Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.
- Baxış: 516