KepezTV Player
Şəmkirdə dəhşətli qətl hadisə baş verib. Ər arvadını qətlə yetirib. Hadisənin rayonun hansı kəndində baş verdiyini və təfərrüatlarını qarşıdakı sujetdən öyrənəcəyik. İzləyək.
Qətl hadisəsi rayonun Könüllü kəndində baş verib. Kənd sakini 39 yaşlı Mahiyyədin Atakişiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Aynurə Orucovanı öldürüb. Hadisə mərhumun az yaşlı övladlarının gözü önündə baş verib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə istintaq davam edir.
Elnur Vahidoğlu
- Baxış: 597