3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar olaraq Gəncə şəhər Gənclər və idman baş idarəsi tərəfindən Gəncə Dövlət Universitetində tədbir keçirilib. Tədbirdə rəsmi qonaqlar, tələbələr, həmçinin əliliyi olan şəxslər iştirak ediblər. Sağlamlıq imkanları məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi, qayğı ilə əhatə olunması, təhsil imkanlarının genişləndirilməsinə yönələn tədbirlərdən, bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirilməsindən danışılıb. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, adaptasiyası, özünüinkişaf imkanlarının yaradılması, yaradıcı, intellektual bilik və bacarıqlarının üzə çıxarılması, dəstəklənməsi istiqamətində bir sıra layihələrdən bəhs edilib. Fiziki imkanları məhdud olan şəxslərin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub.
- Baxış: 352