KepezTV Player
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin 1-ci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi Deniel Hokanson ilə görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.
- Baxış: 344