Əkin sahəsinə görə qərb bölgəsinin ən böyük rayonlarından olan Ağstafada bu məhsul yığımı mövsümündə 33 min tona yaxın taxıl tədarük edilib. Yığılan məhsulun ötən illərlə müqayisədə 20 faizə qədər çox olması taxıl əkən torpaq mülkiyyətçilərini sevindirib. Məhz elə bunun üçün də bu il fermerlər daha 100 ha-dan artıq əraziyə taxıl səpilməyi nəzərdə tuturlar.
Ötən il Ağstafa rayonundan fermerlər əkdikləri arpanın hektarından 28 sentner məhsul götürüb. Bundan başqa buğdanın hər hekrarı 36 sentner məhsul verib. Məhsuldarlığın çox olması fermerləri daha çox taxıl əkməyə həvəsləndirib.
Məhsulun bol olması üçün Ağtafalı fermerlər oktyabr ayından taxıl səpini üçün 9700 ha sahədə şum işlərini başa çatdırıb. Artıq noyabırın əvvəlindən şum qaldırılan sahələrdə taxıl səpininə başlanılıb. Torpaq mülkiyyətçiləri 7800 ha-da əkini başa çatdırıb. Sahələrin 1600 ha-ı arpa, 6200 ha-ı isə buğdadır. Fermerlər tərəfindən paralel olaraq suvarma da həyata keçirilir.
Ağtafada payızlıq taxıl əkini üçün sahələrə 35 ədəd şum traktoru, 22 ədəd səpin aqraqatı cəlb edilib. Əsasən fermerlər rayona xas olan “Fatimə” və “Qırmızıgül” taxıl toxum növlərini əkirlər. Rayon üzrə 5 minə yaxın torpaq mülkiyyətçisi 9 min ha ərazidə taxıl əkir ki, bundan 2663 ha arpa, 6952 ha buğdadır. Payzılıq əkininin dekabırın əvvəlinə başa çatdırılması nəzərdə tutulur.
Elnur Vahdioğlu
- Baxış: 2419