KepezTV Player
Vətən müharibəsi şəhidi Elşad Fərəcullayevin şəhadətinin ikinci ildönümü münasibətilə adını daşıyan bulağın açılışı olub. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən igidin yaşadığı evin qarşısında təşkil edilən mərasimdə onun döyüş yolundan, hərb meydanında göstərdiyi şücaətdən danışılıb. Şuşa uğrunda gedən döyüşlərdə ali zirvəyə ucalan Elşad Fərəcullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
- Baxış: 242