Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar. Belə ki, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan olunmasına baxmayaraq konstruksiya dəyişikliyi edərək istifadə etməsi məlum olub. Həmin avtomobillər saxlanılaraq duracağa yerləşdirilib və konstruksiya dəyişikliyi aradan qaldırılıb. Bundan başqa, dövlət qeydiyyat nişanının gizlədərək xüsusi cihaz və radarlardan yayınan, başqa dövlətə məxsus qeydiyyat nişanından istifadə edən və görməni məhdudlaşdıran vasitələrdən istifadə edən sürücülər də müəyyən edilib. Həmin sürücülər arasında Vətən Müharibəsi iştirakçılarının olması isə təəssüf hissi yaradır. Etdikləri qanun pozuntusunu sosial şəbəkələrdə paylaşan bu və digər sürücülər ilə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
- Baxış: 496