KepezTV Player
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Zəfər Günü ilə bağlı tədbir keçirilib. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şanlı qələbədən danışılıb. 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi tariximizin ən qürurverici səhifəsi kimi dəyərləndirilib. Bu gün Azərbaycan qalib dövlətdir, Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirib. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii hissə ilə davam edib. Şerlər səsləndirilib, mahnılar ifa olunub.
- Baxış: 404