• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 26.10.2022 20:54

İranın ögey münasibət göstərdiyi azərbaycanlılar, Azərbaycanın "qırmızı xətti"

KepezTV Player

Atalar deyib yalanın ömrü 40 gün çəkər. Biz bura riyakarlığı da əlavə edə bilərik. Məsələn, İranın riyakarlığı da elə uzun sürmədi. Tehranın son addımları çoxdan pərdələməyə çalışdığı əsl üzünü aşkara çıxardı.

İran İnqilab Keşikçilərinin təlimləri artıq planlı və ya planlaşdırılmamış ənənəvi hərbi təlimlər çərçivəsindən çıxır. Təlimlərin ilk günündə təbii ki, ölkənin ən ali siyasi rəhbərliyi ilə razılaşdırılmış arxasında Xudafərin körpüsünün təsvir edildiyi iran əsgəri və Azərbaycan ərazilərinə tuşlanmış güllələr xoş olmadı. Həm də Xudafərinin işğaldan azad olduğu gündə. İran bununla hədəfinimi göstərirdi?! Təbii ki, bəli! İndi isə İran təbliğat maşını ikinci mərhələyə keçib. Görüntülər belə təsir bağışayır ki, iranın əsl məqsədi hərbi təlimlər yox, məhz Azərbaycana xəbərdarlıq etməkdir. Yoxsa, nəyə görə Azərbaycan dilində yayımlanan Səhər kanalında “Azərbaycana və İsrailə müraciətdə “öz əllərinlə öz qəbrini qazma” deyə şeir yazıb, bəstələyib və buna klip də hazırlasın ki?!

Qrammatikada buna ritorik suallar deyilir. Yəni, cavabı tələb olunmayan, adi sözlə desək cavabını bildiyimiz suallar. Amma Tehran unudur ki, Azərbaycanda sualı verənin də kimliyi bəllidir, cavabı da veriləcək! İranın Azərbaycana niyə görə bu qədər qənim kəsilməsini Tehran hansısa şəkildə öz xalqına “sırımalıdır”. Məsələ də burada düyünlənir. Xalqın böyük kəsimi azərbaycanlıdır. Molla rejiminin “repressiyalarına” rəğmən dilini, demək ki, KİMLİYİNİ qoruyan azərbaycanlılar.

O tayda qalan azərbaycanlılar bunu şüurlu şəkildə etməyibər. Dövrün, tarixi şəraitin, müasir dillə desək 19-cu əsr geosiyasətinin qurbanı olublar. Olublar, amma bununla barışmayıblar. Səttarxan inqilabı da, Pişəvəri höküməti də xain sövdələşmələrin nəticəsində süqut edib. Azərbaycanlılara qarşı, azərbaycançılıq məfkurəsinə qarşı İrandakı fars rejimi hər zaman kin saxlayıb. Qorxu hissi isə hər zaman üstünlük təşkil edib.

Bu qorxudandır ki, etnik azərbaycanlılara qarşı azsaylı xalq deyə rəftar edilib. Bizi ermənilərlə, kürdlərlə, hətta bəluclarla bir cərgəyə qoyublar. Bu da azmış kimi 35 milyonluq bir xalqa öz məktəbini açmağa, dilini tədris etməyə imkan verməyiblər. Əvəzində isə ermənilərə bütün üstünlükləri tanınıb. Məktəbdən tutmuş kilsəyə qədər hər şeyə yaşıl işıq olub.

Azərbaycanlılar isə ən yaxşı halda İranı tərk edərək mühacirətə gedib, gedə bilməyənlər isə zindana, ordan da dar ağacına yola salınıb.

Bu günlərdə Ərdəbildə keçirilən tədbirlərin birində ali dini liderin şərəfinə ifa edilən himni oxumaqdan imtina edən etnik azərbaycanlı Əsra Pənahi də bu cür ayrıseçkiliyin qurbanı oldu.

“Traxtur” futbol klubuna qarşı edilən haqsızlıqlar da, çempionluğunun əlindən alınması səbələri də bəlidir. Təbriz şəhər stadionunda, Azərbaycanın vətən müharibəsi apardığı günlərdə gurlayan səs həqiqətən də qorxuludur

İran gec-tez anlamalıdır ki, etnik azərbaycanlılar azsaylı xalq deyil, heç onlarla diaspora kimi də rəftar edilməməlidir. Necə ki, iran ermənistanın suverenliyini və ərazi bütövlüyünü özünün qırmızı xətti elan edib, Azərbaycan üçün də Cənubi Azərbaycan bizim nəinki qırmızı xəttimiz, hətta Qızıl Almamızdır!