• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 16.10.2022 20:27

Yol qəzaları can aldı

KepezTV Player

Yol qəzasında iki nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetməni itirərək dərəyə aşıb.Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Yol qəzasında 3 nəfər xəsarət alıb

Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub, Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü E.Hacıyev və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. E.Hacıyevin vəziyyəti orta-ağır, digərlərinin isə kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Yol qəzası nəticəsində iki qadın ölüb

Mingəçevirdə iki minik avtomobili toqquşub. Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb. Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

İki avtomobil toqquşub, 9 nəfər xəsarət alıb

Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası olub. İki avtomobilin toqquşması nəticəsində 9 nəfər - 1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu xəsarət alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib . Faktla bağlı araşdırma aparılır.