Gəncə Şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 8 saylı Gəncə regional istismar sahəsinin əməkdaşları tərəfindən piyada zolaqlarının yenilənməsi və yolların rəngləri işləri həyata keçrilir. Şəhər ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də Ali,orta-ixtisas və orta məktəblərin qarşısından yol hərəkəti təhlukəsizliyini təmin etmək məqsədi ilə müvafiq yol nişanları quraşdırılıb.Həmçinin piyada keçidlərində üfüqi nişanlama xəttləri,eləcədə rəngləmə işləri aparılıb. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları da salınıb. Şəhərdə 10 yaxın piyada keçidi yenidən rənglənib. Yollarda rənglənmə işləri mütamadi olaraq davam etdiriləcək. Gəncə Şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları piyada keçidindən istifadə etməyən piyadalarla proflaktik söhbətlər aparıblar. Onlara yol hərəkəti qaydalarına düzgün riayət etmələri tövsiyə olunub. DYPB-nin əməkdaşları piyadalara müraciət edərək, bir daha yol hərəkəti qaydalarına riayət etməyi və qəzalardan uzaq olmağı çağırıb.
- Baxış: 277