Gədəbəydə “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə çərçivəsində Olimpiya çempionu Fərid Mansurovla görüş baş tutub. Milli Olimpiya Komitəsinin təşkil etdiyi tədbirdə 2004-cü il Afina Yay Olimpiya oyunlarında Yunan-roma güləşi üzrə çempion olan idmançı haqqında çəkilən “Cəngavər“ filmi nümayiş olunub.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşan tədbirin idmanın təbliği, narkotik vasitələr və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə töhfə olduğu bildirilib. Bu cür görüşlərin yeniyetmə və gənclərə sağlam həyat tərzini aşıladığı vurğulanıb. Olimpiya çempionu ilə görüşün Gədəbəydə rayon gəncləri ilə bu formatda təşkil olunan ilk tədbir olduğuna diqqət çəkilib.
“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, ölkəmizdə olimpiya prinsip və dəyərlərinin təbliğ etməyə yönəldilib. 66 kq çəki dərəcəsində olimpia çempionu Fərid Mansurov Gədəbəy idmançılarının nəaliyətlərini xüsusi ilə qeyd edib və rayonun idman potensialının yüksək olduğunu bildirib
“Cəngavər” filmi iştirakçılara nümaiş etdirildikdən sonra Fərid Mansurov yerli idmançıları maraqlandıran sualları cavablandırıb, tövsiyələr verib.
- Baxış: 622