KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib. Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olunub. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulanıb. Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
- Baxış: 343