KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər evinin birgə təşkilatçılığı ilə gənclər üçün psixoloji təlim keçirilib. Şəhərin fəal gənclərinin iştirakı ilə keçirilən təlimlərdə iştirakçılarla komplekslərdən qurtulmağın yolları müzakirə edilib. “Şəxsiyyət pozuntuları”, “Xarakterin aksentuasiyası” kimi mövzulara toxunulub. Məqsəd gənclərin maariflənməsi və cəmiyyətə rahat inteqrasiyasını təmin etməkdir. Hər həftə mütəmadi olaraq keçirilən təlimlərə 50-ə yaxın gənc qatılıb. Tədbirin sonunda iştirakçılar qarşılıqlı sual-cavablarla fikirlərinə aydınlıq gətiriblər.
- Baxış: 479