Göygöldə keçirilən 2-ci Milli Yaylaq Festivalının yekunlarına dair mətbuat konfransı təşkil edilib. Layihənin rəhbəri və təşkilat komitəsinin üzvlərinin iştirakı ilə baş tutan tədbir Gəncədə reallaşıb. Burada festivaldakı çatışmazlıqlar, yaranan çətinliklər, təşkilatçılıq haqda ətraflı danışılıb, gələcək planlardan bəhs edilib. Ümumilikdə Milli Yaylaq Festivalının uğurlu keçdiyini bildirən təşkilatçılar festivala 100 mindən artıq qonağın qatıldığı qeyd olunub. Gələn il yol infrastrukturunu və digər kiçik problemləri aradan qaldıraraq yaylaq ərazisinə insanların gəlməsini əlçatan etmək üçün bir sıra işlərin görüləcəyi diqqətə çatdırılıb. Jurnalistlərin suallarını cavablandıran festival təşkilatçıları Milli Yaylaq Festivalının gələn il də eyni məkanda təşkil edilməsini planlaşdırdıqlarını bildiriblər.
- Baxış: 551