KepezTV Player
Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs həbs edilib. Dövlət Yol Polisinin məlumatına görə,avtobusun sürücüsü Nicat Məhərrəmovu Ekoloji Nəzarət üzrə Yol Polis Xidmətinin Bölüyünün əməkdaşları saxlayıb.Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.Müayinə zamanı Nicat Məhərrəmovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nicat Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.
- Baxış: 852