Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının eyni gündə keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində 3 müxtəlif ünvanda narkotik vasitə yetişdirən şəxslər saxlanılıb. Yaxalanan İlqar İsmayılovun yaşadığı evindən ümumi çəkisi10 kq-a yaxınxüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Qanunsuz olaraq narkotik xassəli çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Mahir Əliyevin yaşadığı ünvandan isə 4 kq-a yaxın narkotik tərkibli çətənə bitkiləri aşkar olunub.Keçirilən digər bir tədbir nəticəsində isə Rüstəm Dövlətovun yaşadığı evdə də narkotik vasitə yetişdirməsi məlum olub. Həmin ünvana baxış zamanı oradan ümumi çəkisi 11 kq-dan çox olan çətənə kolları aşkar edilib. Cari ilin müvafiq dövründə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası üzrə 19 fakt aşkarlanaraq ümumi çəkisi 126 kq olan 322 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.
- Baxış: 592