Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 12 saylı ərazi partiya təşkilatı yaradılıb. Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açılıb. Həmçinin müstəqil Azərbaycanın qurulmasında ulu öndərin əvəzsiz rolundan bəhs edilib. Fəaliyyətində daim yeniliyə, müasirliyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarların icrasından danışılılb. Tədbirdə təşkilatı məsələlərə baxılıb, YAP sıralarına yeni qəbul olunan “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.
- Baxış: 503