KepezTV Player
Talış-Tapqaraqoyunlu-Qaşaltı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa edilib. Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru işlərin icrası davam etdirilir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
- Baxış: 568