KepezTV Player
Ağstafada qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı Təcili Tibbi Yardıma çağırış daxil olub. Həkim briqadası çağırış olan ünvanda gələrkən vətəndaşın hadisə yerində öldüyünü müəyynə ediblər. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.
Daha sonra vətəndaşın nəşi adiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Oradan meyit basdırılması üçün ailəsinə verilib. Meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri onu meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar. Orada da bioloji ölüm təsdiq olunub. Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. 24 nyaşlı İlqar Qəhrəmanovu qonaq gəldiyi evdə arı sancıb.
- Baxış: 616