KepezTV Player
Azerbaycan Qida Tehlukesizliyi Agentliyinin Gəncə regional bölməsi və şəhər Gigiyena Epidemiologiya mərkəzinin əməkdaşları Qurban bayramı münasibətilə kəsim məntəqələrində dezinfeksiya işləri görüblər. İşlər şəhərin müxtəlif ərazilərində olan 4 kəsim məntəqəsində gün ərzində aparılıb. Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə aparılır. Məqsəd hər hansı infeksion xəstəliklərin keçiciliyin qarşısını almaqdır. Kəsim prosesi ancaq xüsusi ayrılmış məntəqələrdə aparıla bilər.
- Baxış: 684