KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.10-a yaxın gəncin özlərinə məxsus müxtəlif

markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət

iştirakçılarına təhlükə yaratdığı məlum olub. Saxlanılan

şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb

olunub.Bundan başqa onların arasında Vətən Müharibəsi qaziləri və

iştirakçıları da olub.
- Baxış: 905