• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 07.07.2022 16:03

Gəncədə külək iri gövdəli ağacı avtomobilin üzərinə aşırıb

KepezTV Player

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Belə ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə yaşayış massivində iri gövdəli ağac "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb. Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.