KepezTV Player
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Gəncə Gənclər Evinin birgə təşkilatçılığı və 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin dəstəyi ilə "Narkomaniyaya YOX deyirik!" adlı tədbir baş tutub.
Narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, narkomaniya ilə mübarizədən danışılıb. 70-dən çox gəncin iştirak etdiyi yığıncaqda daha sonra tanınmış videobloger Nail Kəmərli öz çıxışında real həyatda narkotikdən əziyyət çəkən insanlar haqda danışıb və həmin insanların bu bəlaya necə düçar olduqlarından bəhs etdikləri videoçarxı gənclərə nümayiş etdirib.
- Baxış: 546