Şəmkirin Zəyəm qəsəbəsində Vətən müharibəsinin şəhidi Pərvin Məmmədov doğum günündə yad edilib. Məzarı başına toplaşan ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri ailənin 3 oğul övladından biri olan Pərvinin müharibəyə könüllü olaraq yollanmasından danışıblar. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan qəhrəman 44 günlük müharibədə həmlə taborunda xidmət edərək Füzuli istiqamətindən gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də isə Xocavəndin azadlığı uğrunda əməliyyat zamanı snayper gülləsindən şəhidlik zirvəsinə ucalıb. 8 noyabrda doğulub boya-başa çatdığı Zəyəm qəsəbə qəbrisanlığında dəfn olunub. Ölkə başcısının sərəncamları ilə Pərvin Məmmədov ölümündən sonra “Cəsur döyüşcü”, “Vətən uğrunda”, “Xocavəndin, Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
- Baxış: 519