İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər 11 min hektara yaxın ərazidə yanğın olub.
Fövqaladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, yanğınların qarşısı Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və yerli icra nümayəndələrinin köməyi ilə alınıb. Nazir müavini onu da qeyd edib ki, həmin ərazilərdə yanğınların söndürülməsində müəyyən çətinlik yaranır.Buna səbəb həmin ərazilərin bir çoxunun minalanmış sahə olmasıdır. "Biz işğaldan azad olunan ərazilərdə yanğının söndürülməsində dünya və Avropa təcrübəsindən istifadə edirik. Lakin azad olunmuş ərazilərdə biz yanğın söndürən helikopterlərdən çox istifadə bilmirik. Çünki, helikopter alçaqdan uçan zaman su tökmə əməliyyatının icrası daha uğurlu olur. Ərazi minalanmış ərazi olduğundan helikopterlərdən aşağıdan uçuş edə bilmir. Buna səbəb də yanğınlar zamanı minaların partlamasıdır" - deyə nazri müavini vurğulayıb.
- Baxış: 449