KepezTV Player
Təhsilin davamlılığı və əlçatanlığını təmin etmək üçün bağçalara qeydiyyatın elektron aparılmasına başlanılıb. Bunadək vahid bir sistemin olmaması bu sahədə çətinlik yaradırdı. Bu ildən isə məktəbəqədər təhsil müəssilərinə qeydiyyat da elektron qaydada həyata keçiriləcək.
Qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində iyunun 1-dən məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının vahid sistemdə toplanılmasına başlanılıb.
Məktəbəqədər təhsil müəssisələrinə qəbula isə iyulda start veriləcək. Bağçalara sənəd qəbulu üçün qeydiyyat uşağın şəxsiyyət vəsiqəsi ilə aparılır.
Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində olan 42 bağçada 3967 uşaq tərbiyə alır.
Aişə Rzayeva
- Baxış: 1005