Gəncədə ilk dəfə “Şuşa ili” çərçivəsində keçirilən televiziya Aşıq müsabiqəsinə yekun vurulub. Regional Mədəniyyət İdarəsnin Kəpəz Televiziyasının dəstəyi ilə reallaşdırdığı müsabiqənin finalçıları konsert proqramı ilə çıxış ediblər.
Şuşa ili” çərçivəsində Gəncədə ilk dəfə keçirilən Aşıq müsabiqəsinin yekun konserti Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilib. Apreldən start verilən müsabiqəyə 8-30 yaş arasında iştirakçılar qatılıb. Gəncə, Naftalan şəhərlərindən, Göygöl, Goranboy, Kəlbəcər, Samux, Tovuz, Xocalı rayonlarından ümumilikdə 100-ə yaxın gənc aşıq münsiflər qarşısında məharətlərini nümayiş etdiriblər. Yarışın bədii rəhbəri İlqar Nəcəfov, munsiflər heyyəti isə Əməkdar Mədəniyyət İşçisi Sahib İbrahimli, Təvəkkül Hüseyinli, Məhəbbət Kazımova, Saleh Tağıyev və Bəhruz Bağırov olub.
İlqar Nəcəfov müsabiqənin bədii rəhbəri: Çox istedadlı tələbələrimiz var. Həm solo ifaçısı kimi hətta sevindiric haldır ki, regionda qazimiz bizə ruh verdi.
Saleh Tağıyev münsif: Kəpəz tv hara kimi öz istiqamətini göstərir o qədər də yayım edir. Biz sizlərə və rəhbərliyə də böyük təşəkkür edirik ki, bunu siz xalqımıza, elimizə, obamıza yayım edirsiz. Allah sizləri var eləsin. İnşallah belə yarışmalar tez-tez olacaqdır.
Təvəkkül Hüseyinli münsif: İki ay öncə birinci muğam müsabiqəsinin yekunu oldu. Daha sonra biz Şuşa ili çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən Qazaxdan Bərdiyə kimi bütün istedadları üzə çıxarmaq üçün aşıq müsabiqəsi keçirdik. 7 həftəlik mübarizədən sonra bu gün final günü oldu. Milli mənəvi dəyərlərimiz sazımız, tarımız və başqa alətlərimiz həmişə öz dəyərində qalıb və həmişə dəyərini saxlmaq, gələcək nəsillərə çatdırmaqdadır.
Müsabiqədə 8-15 yaş üzrə birinci yerin sahibi Məhəmməd İsmayılzadə, 15-24 yaş arası vətən müharibəsi qazisi Azər Vəliyev, 24-30 yaşlarda isə İbadət Mehdiyev olub.
Azər Vəliyev müsabiqənin qalibi: İştirak elədiyim sağ müsabiqəsində 25-30 yaş arasında birinci yeri tutdum. Özüm müharibə iştirakçısıyam. Şuşa, Fizuli, Cəbrayıl Laçın və Cəsur medalı ilə təltif olunmuşam. Birinci Dilqəmi havasını ifa elədim və sonda Koroğlu Cəngi havasını ifa etdim. Bu müsabiqəni ərsiyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm.
Məhəmməd İsmayılzadə müsabiqənin qalibi:Göygöl rayonun Balçılı kəndinnənəm. Oxuduğum musiqi məktəbi Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı musiqi məktəbidir. Gəncədə ilk dəfə Şuşa ili çərçivəsində təşkil olunan Aşıq müsabiqəsinin 8-15 yaş arası birinci yer tutduğuma görə çox sevinirəm. Hər kəsə minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Aşıq müsabiqəsində münsiflər tərəfindən seçilənlərə diplomlar, eləcə də birinci yerin qaliblərinə isə saz hədiyyə edilib.
Elnur Vahidoğlu
- Baxış: 331