Gəncə Dövlət universitetində yaz imtahan sessiyası çərçivəsində “Acıq qapı” günü təşkil edilib. Yazılı, test, şifahi və qabiliyyət tələb edən imtahanlarda suallar tədris olunan materiala uyğun olaraq tələbələrə əvvəlcədən təqdim olunub. Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada aparılması üçün zəruri tədbirlər görülüb. Universitetdə bakalavr və magistr təhsil pillələri üzrə ümumilikdə 6000-ə yaxın tələbə prosesdə iştirak edir. Valideynlər, ictimaiyyət və KİV nümayəndələri imtahan zallarında olaraq prosesi izləyib və onları maraqlandıran suallar cavablandırılıb.Universitetdə apelyasiya komisiyası və operativ qərargah yaradılıb ki, burada imtahanın gedişindən və nəticələrindən narazı olan tələblərin müraciətinə baxılır. İyulun 5-dək davam edəcək imtahanlarda iştirak edə bilməyən tələbələr üçün 6-12 iyul tarixlərində təkrar imtahan keçiriləcək.
Seyhun Rzayev tələbə: Gdu universitetinin filalogiya fakultəsində Az dili ədəbiyyat müəllimliyi üzrə təhsil alıram.İmtahanlarımız ço şəffaf keçiirlir. Bu bizim ikinci imtahabımızd. Birinci imtahan yaılı şəkildə təşkil olunub ki, o imtahanda bizə verilə suallar və bunker suallar var idi. Suallar çox rahat və bildiyimiz mövzular üzrə təşkil olunmuşdu. Bütün tələbələrə uğurlar arzu edirəm. Baçşda rektorumuz olmaqla universitet rəhbərliyinə təşəkkürümü bildirirəm.
Elmira Şabanova tələbə: kimya 3 kurs tələbəsiyəm.Universitetdə imtahanlarımız 1 iyundan yazılı olaraq şəffaf şəkildə keçirilir. test imtahanlarımız isə iyunun 6dan etibarən başladı. Hal hazırda 2 imtahabıızı uğurla başa vurmuşuq.və növbəti imtahanlara hazırlaşırıq. Bizim üçün yest imatahlarının ən müsbət cəhətlərindən biri də odur ki, kompyuterdı təşkil olunur və bzi imtahanı bitirdikdən sonra nəticələr çıxır.
Gülnarə Quliyeva valideyn: Övladım GDU nin iqtisadiyyat və idarəetmə fakultəsinin marketing ixtisası üzrə 3 kurs tələbəsidir.Artıq 3 ildir ki, təhsili davam etdiri və imtahanların gedişatından mən çox razıyam. Hal hazırda ikinci semestr üzrə 2ci imtahanını verdi. Biliyinə görə də qiymətini aldı. Mən imtahanların gedişatından razıyam. Bu səbəbdən də universitetin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Elturan Yusifov GDU-nun Tədris Departamentinin direktoru:Tələbələr imtahan nəticələrindən narazı olduqda, suallarla bağlı problemlə qarşılaşdıqda hökmən həmin gün və ya imtahan nəticələri elan olunan gün universitetdə yaradılmış apelyasiya komisiyasına müraciət edə bilərlər və apelyasiya komisiyasının üzvləri tələbələrin müraciətləri əsaslı olduğu halda onların nəticələri araşdırılaraq dəyişikliklər temək səlahiyyətinə malikdirlər. Eyni zamanda təhsil nazirliyinin qaynar xətt xidmətinə əalvə məlumatlar ötürmək və operativliyi təmin etmək məqsdilə universitetdə operativ qərargah yaradılmışdır ki, tələbələr gün ərzində həmin operativ qərargahın xidmətindən istifadə edə bilirlər.
Şahin Xurşudov GDU-nun prorektoru: Universitet üzrə imtahanlarımız 3 binada təşkil olunub. Yazılı imtahanlar hər fənn üzrə 60 sual nzərdə tutulub, şifahi imtahanlar 30 bilet formasında təqdim olunub hər biletdə 5 sual. Və xüsusi qabiliyyət tələb edən qabiliyyət formasında imtahanlar keçirlir ki, orda da hər bir tələbənin özümünn qabiliyyətinə uyğun olaraq imtahanlar keçirillir.Kompyuterdə test isə 500 test nzəərdə tutulmuşdur. 500 testin içərisindən 35 test olur əlavə 15 test isə bunkerdə 1 gün əvvəl ixtisas müəllimi tərəfndən sistemə daxil olunur. Kompyuterdə imtaanda 1 saat ərzində tələbə iştirak edir. Yekunda qiymətini bilmək üçün yekunlaşdırdı düyməsini basdıqda həmin vaxt nəticəsini öyrənə bilər.
- Baxış: 639