KepezTV Player
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti səyyar görüş keçirib. Görüşdə bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Sakinlərin müraciətləri arasında su və kanalizasiya xətlərinin çəkilişi, bir sıra küçə və dalanların asfaltlanması, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, şəhid ailələri, qazilərin məişət problemlərinin həlli və sair məsələlər üstünlük təşkil edib. Qeyd edilib ki, şəhərdə sözügedən məsələlərlə bağlı yeni layihələr həyata keçirilir. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.
- Baxış: 780