Gəncə Şəhər Nizami Bələdiyyəsi tərəfindən vətəndaşlar vergi borcları barədə maarifləndirilir. Bu məqsədlə sakinlərə bukletlər paylanılır, sahibkarlara torpaq və əmlak vergilərində hesablanan faizlər izah edilir.
Torpaq və əmlak vergisi, vergilərin ödənilməsinin əhəmiyyəti Gəncənin Nizami Bələdiyyəsi tərəfindən aparılan maarifləndirici tədbirlərin mahiyyətini təşkil edir. Paylanan posterlər və kitabçalarda Gəncə şəhəri üzrə əmlak və torpaq vergilərinin hesablanma qaydası, güzəştlər və sanksiyalar barədə məlumatar yer alr.
Nizami bələdiyyəsi tərəfindən sakinlərə vergilərin vaxtında ödənilməsinin zərurəti izah edilib, ödənişlərin ləngiməsi zamanı yaranan problemlərdən bəhs edilib. Vətəndaşlar vergi ilə bağlı olan suallara aktiv qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq aydınlıq gətirə bilərlər. Həmçinin onlayn şəkildə müraciət də mümkündür.
Əmlak və torpaq vergisi vaxtında ödənilmədikdə faiz hesablanır. Yaranan suallarla bağlı Nizami Bələdiyyəsinin Vergi şöbəsinə müraciət etmək mümkündür.
- Baxış: 524