KepezTV Player
“Araz-Naxçıvan” futbol klubunun 55 illik yubileyi münasibətilə Naxçıvana ezam olunan media nümayəndələri üçün şəhərdəki tarixi məkanlara mediatur təşkil edilib. Kəpəz televiziyasının xüsusi müxbiri Orxan Cəfərzadə və operatoru Ceyhun Dərgahovun da yer aldığı tanışlıq zamanı Möminə Xatun türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi və Hüseyn Cavidin məqbərəsi ziyarət edilib. Ziyarətçilərə abidələrin tarixi, Naxçıvan xanları haqda ətraflı məlumatlar verilib. Eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavid barəsində danışılıb.
- Baxış: 631