KepezTV Player
Gəncədə Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümü münasibətilə adını daşıdığı məktəbdə tədbir keçirilib.Tədbirdə görkəmli Azərbaycan şairinin şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında məktəblilərə ətraflı məlumat verib, yetişməkdə olan nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışılıb.Bənzərsiz söz ustadının bir çox fikirləri, satiraları müsəlman Şərqində bir intibah, oyanışa təkan verib. Məktəblilər Sabirin ən məşhur, Azərbaycan ədəbiyyatında mühüm yer tutan əsərlərini səhnələşdirib, şeirlərini səsləndiriblər.
- Baxış: 665